Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzi tərəfindən tədbir təşkil olunmuşdur

Məmnuniyyətlə bildirmək istərdik ki, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti Azərbaycan Arbitraj Günlərinin tərəfdaşlarından biridir!

Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzi tərəfindən təşkil olunan bu tədbir 24-25 oktyabr tarixlərində “Marriott Boulevard Hotel”də baş tutmuşdur.

Xatırladaq ki, 14 iyun 2023-cü il tarixində Parisdə keçirilmiş ilk Azərbaycan Arbitraj Günlərində BDU Tələbə Hüquq Jurnalı, eləcə də ötən il ölkəmizdə baş tutmuş Azərbaycan Arbitraj Günlərində Tələbə Elmi Cəmiyyəti tədbirin tərəfdaşlarından biri qismində çıxış etmişdir.

Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti olaraq Azərbaycan Arbitraj Günlərini dəstəkləməkdən qürur duyuruq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *