Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzi tərəfindən tədbir təşkil olunmuşdur.

Məmnuniyyətlə bildirmək istərdik ki, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti Azərbaycan Arbitraj Günlərinin tərəfdaşlarından biridir!

Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzi tərəfindən təşkil olunan bu tədbir 24-25 oktyabr tarixlərində “Marriott Boulevard Hotel”də baş tutmuşdur.

Xatırladaq ki, 14 iyun 2023-cü il tarixində Parisdə keçirilmiş ilk Azərbaycan Arbitraj Günlərində BDU Tələbə Hüquq Jurnalı, eləcə də ötən il ölkəmizdə baş tutmuş Azərbaycan Arbitraj Günlərində Tələbə Elmi Cəmiyyəti tədbirin tərəfdaşlarından biri qismində çıxış etmişdir.

Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti olaraq Azərbaycan Arbitraj Günlərini dəstəkləməkdən qürur duyuruq!

Tələbə Elmi Cəmiyyətinin təqdimat mərasimi baş tutmuşdur.

10 oktyabr 2025-ci il tarixində, saat 13:50-də 900 saylı auditoriyada Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təqdimat mərasimi baş tutmuşdur.

Təqdimatda:
Tələbə Elmi Cəmiyyəti layihələri;
-Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi;
-Hüquq Müzakirə Forumu;
-Məhkəmə Müsabiqə Cəmiyyəti;
-Tələbələrin əldə edə biləcəyi akademik hüquqi bacarıqlar və təcrübələr;
-BDU Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyətinin İdarə Heyətinə namizədlik haqqında məlumat verilmişdir.

Hər birinizi Tələbə Elmi Cəmiyyətinin təqdimat mərasimində aramızda görməkdən şad olarıq!