“H-indeksinin yüksəldilməsi üsulları və akademik hüquqi yazının əsasları” mövzusunda məlumat sessiyası təşkil olunmuşdur.

7 aprel 2026-cı il tarixində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “H-indeksinin yüksəldilməsi üsulları və akademik hüquqi yazının əsasları” mövzusunda məlumat sessiyası təşkil olunmuşdur. Sessiyada akademik hüquqi yazının əsas xüsusiyyətləri və mərhələləri, eləcə də h-indeksinin hesablanma mexanizmi və bu göstəricinin elmi fəaliyyətin qiymətləndirilməsindəki rolu barədə ətraflı məlumat verilmişdir.

Sessiyanın davamında BDU Tələbə Hüquq Jurnalının Baş Redaktoru Xədicə Abbasova çıxış etmiş və Jurnalın nəşri olan Akademik hüquqi yazı kitabçası barədə məlumat vermişdir. Çıxış zamanı akademik hüquqi yazı prosesində tədqiqatçılar üçün bələdçi rolunu oynayan kitabçanın strukturu, əhatə dairəsi və praktiki əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılmışdır.

Qeyd edək ki, kitabça hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsi, Konstitusiya Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının kitabxanaları da daxil olmaqla, ölkənin müxtəlif kitabxanalarında əlçatandır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *