26 Avqust 2026
BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin İdarə Heyəti üzvləri nüfuzlu xarici universitetlərə qəbul olmuşdurlar.
BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin İdarə Heyəti üzvləri müxtəlif təqaüd proqramlarının qalibi olaraq magistratura pilləsi üzrə nüfuzlu xarici universitetlərə qəbul olmuşdurlar.
Belə ki, Sezər Allahverdiyev, İlkin Bayramov və Elvin Kərimli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”, Alsu Kərimova “Swedish Institute Scholarship”, Nigar Alıyeva isə “Lee Foundation Scholarship” qalibləri olmuşdur.
Müxtəlif tədris illərində Cəmiyyətin fəaliyyətinə verdikləri töhfələrə görə hər bir üzvə təşəkkür edir, gələcək akademik və peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq!